IMG-LOGO

Tramp: Macarıstan miqrasiya siyasəti sayəsində bir sıra problemlərdən yan keçib

21 Mar 2026 15:47 3 baxış
IMG

Sərt miqrasiya siyasəti sayəsində Macarıstan Avropanın digər ölkələrinin üzləşdiyi bir çox problemlərdən yan keçə bilib.

"Report" xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp müvafiq bəyanatla Budapeştdə keçirilən Mühafizəkar Siyasi Fəaliyyət üzrə Beynəlxalq Konfransın (CPAC) iştirakçılarına videomüraciətində bildirib.

Tramp qarşıdan gələn parlament seçkilərində Macarıstanın Baş naziri Viktor Orbana tam və qeyd-şərtsiz dəstəyini bir daha bəyan edib.

ABŞ Prezidentinin sözlərinə görə, Orban sərhədləri, mədəniyyəti və ölkənin suverenliyini qorumaqla hansı nəticələr əldə etməyin mümkün olduğunu dünyaya nümayiş etdirib:

"O, güclü liderdir. Mən onu əvvəllər də dəstəkləmişdim - o qalib gəldi və xüsusən də sərhədlərin mühafizəsi məsələlərində möhtəşəm iş görüb. Digər ölkələrdəki cinayətkarlıq səviyyəsini və problemləri nəzərə aldıqda, sizdə bunlar yoxdur. Sizin çox güclü və etibarlı sərhədləriniz var".

Tramp Orbanın qələbə qazanacağına ümid etdiyini bildirib. O, gələcək əməkdaşlığa, o cümlədən energetika sahəsində əməkdaşlığa hazır olduğunu qeyd edib. ABŞ Prezidentinin sözlərinə görə, Avropa yığılıb qalmış problemləri, o cümlədən miqrasiya məsələlərini daha aktiv şəkildə həll etməlidir.

Xəbər lenti