IMG-LOGO

Ukrayna ordusu Rusiyada Saratov NEZ-ə hücum edib

21 Mar 2026 17:48 5 baxış
IMG

Ukrayna Müdafiə Qüvvələri martın 21-nə keçən gecə Rusiyanın Saratov vilayətindəki neft emalı zavodunun (NEZ) obyektlərinə hücum edib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı teleqram kanalında məlumat yayıb.

İlkin məlumata görə, zərbə nəticəsində neftin təkrar emalı qurğusu və rezervuar zədələnib.

Bildirilib ki, dəyən zərərin miqyası dəqiqləşdirilir.

Baş Qərargahdan qeyd edilib ki, Saratov NEZ hücumun hədəfi olub, çünki bu müəssisə Rusiya ordusunun ehtiyacları üçün istifadə edilən neftin emalını və yanacaq-sürtkü materiallarının istehsalını təmin edir.

Xəbər lenti