IMG-LOGO

Fitso Aİ-ni "yaşıl gündəlik"dən imtina etməyə çağırıb

21 Mar 2026 21:30 4 baxış
IMG

Slovakiyanın Baş naziri Robert Fitso Avropa İttifaqının (Aİ) ekoloji təşəbbüslərdən imtina və beynəlxalq strukturlara arxalanmadan öz iqtisadi potensialının gücləndirilməsinə keçidin zəruri olduğunu bəyan edib.

"Report" xəbər verir ki, Slovakiya Baş nazirin sözlərini TASR yayıb.

"NATO dağıla bilər, BMT dünya proseslərinə real təsir göstərmir. Qlobal dünya nizamının süqutu şəraitində Avropa İttifaqı diqqətini öz iqtisadi qüdrətinə cəmləməlidir. Biz sənayemizi və iqtisadiyyatımızı dağıdan o mənasız "yaşıl" cəfəngiyyatı unutmalıyıq. Avropa İttifaqı üçün yol budur",- Fitso bildirib.

Onun sözlərinə görə, ABŞ-nin alyansdan çıxması NATO-nun süqutu üçün başlanğıc nöqtəsi ola bilər. Regional silahlı münaqişələrin sayının artmasından danışan Slovakiya Baş naziri bunun yeni qlobal hərbi toqquşma riskini əhəmiyyətli dərəcədə artıracağından narahatlığını ifadə edib.

Xəbər lenti