IMG-LOGO

Floridada ABŞ və Ukrayna nümayəndə heyətləri arasında görüş keçirilib

22 Mar 2026 00:23 6 baxış
IMG

Floridada ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundu keçirilib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff "X" sosial şəbəkəsində məlumat yayıb.

"Bu gün Floridada davam edən vasitəçilik səyləri çərçivəsində konstruktiv görüşlər keçirilib. Danışıqlar hərtərəfli sülh sazişinin bağlanmasına yaxınlaşmaq məqsədilə həll olunmamış məsələlərin nizamlanmasına yönəlib", - o qeyd edib.

Uitkoffun sözlərinə görə, nümayəndə heyətinə ondan başqa prezidentin kürəkəni Cared Kuşner, Ağ Evin baş məsləhətçisi Coş Qruenbaum, həmçinin ABŞ Dövlət Departamentinin baş siyasi məsləhətçisi Kris Karran daxil olub.

"Biz həll olunmamış məsələlərin həlli məqsədilə qarşılıqlı fəaliyyətin davam etdirilməsini alqışlayırıq", - Uitkoff əlavə edib.

Daha əvvəl Mayamidə planlaşdırılan danışıqlar barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat vermişdi.

Xəbər lenti