IMG-LOGO

"Ynet": İranın Arada raket hücumu nəticəsində 40-dan çox şəxs yaralanıb

22 Mar 2026 01:37 4 baxış
IMG

İsrailin cənubunda yerləşən Arad şəhərinin yaşayış məhəlləsinə İran raketinin zərbəsi nəticəsində azı 42 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Magen David Adom" milli təcili tibbi yardım xidmətinə istinadən yerli "Ynet" portalı məlumat yayıb.

Məlumata görə, xəsarət alanlardan beşinin vəziyyəti ağır olaraq qiymətləndirilir, daha 12 nəfər isə orta ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Nəşr bildirib ki, mərmi yaşayış binalarının arasındakı açıq əraziyə düşüb.

İsrail Müdafiə Qüvvələri (İMQ) qeyd edib ki, raket, Dimonaya endirilən zərbədə olduğu kimi, kaset döyüş başlığı ilə təchiz edilməyib, hazırda hərbçilər ələkeçirmə sisteminin onu niyə zərərsizləşdirə bilmədiyini araşdırırlar.

Xəbər lenti