IMG-LOGO

Azərbaycanın futzal millisinin toplanışına 18 oyunçu dəvət alıb

22 Mar 2026 11:02 5 baxış
IMG

Futzal üzrə Azərbaycan milli komandasının Bakıda təlim-məşq toplanışı keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının nətbuat xidməti məlumat yayıb.

Martın 23-dən 26-dək davam edəcək hazırlıq prosesinə 18 oyunçu dəvət olunub.

Yığmaya çağırılan futzalçıları təqdim edirik:

Qapıçılar: Rövşən Hüseynli (Araz-Naxçıvan), Cavad Məmmədov (Baku Fire)

Oyunçular: Tofiq Əliyev, Nihad İsmayılov, Emil Həsənzadə (hamısı Neftçi İK), Ədalət Ələkbərov, Ülvi Əliyev (hər ikisi Araz-Naxçıvan), Eldar Zeynalov, Tofiq Mikayılov, Oktay Rüstəmli, Fərid Abbasov, Kənan Manafov, Novruz Kazıxanov, Nurlan Məmmədov, Murad Quluzadə, Məhəmməd Abbasov, Həsənəli Rəhimov (hamısı Baku Fire), Pünhan Qasımov (U-19).

Xəbər lenti