Kanadanın Monreal şəhərindən uçan "Air Canada Express" aviaşirkətinin təyyarəsi Nyu-Yorkun (ABŞ) La-Quardiya hava limanına eniş edərkən nəqliyyat vasitəsi ilə toqquşub.
"Report" xəbər verir ki, bu barədə "FlightRadar24"ə istinadən "Reuters" məlumat yayıb.
Agentliyin məlumatına görə, ABŞ-nin Federal Aviasiya İdarəsi (FAA) hava limanında bütün uçuşların və enişlərin Qrinviç vaxtı ilə saat 05:30-dək (Bakı vaxtı ilə 09:30-dək) dayandırılması mənsına gələn "ground stop" rejimi tətbiq edib.
Qeyd edilib ki, hava limanı Qrinviç vaxtı ilə 18:00-a (Bakı vaxtı ilə 22:00-a) qədər bağlı qala bilər.
Agentlik, həmçinin bildirib ki, sosial şəbəkələrdəki videolarda təyyarənin burun hissəsinin zədələndiyi görünür.
"Air Canada" aviaşirkəti, FAA və Nyu-Yorkun yanğınsöndürmə xidməti hələlik sorğulara cavab verməyib.