Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 9,8 min kubmetr betondan yığma tikinti konstruksiyaları istehsal edilib.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60,7 % çoxdur.
Təkcə fevralda isə 4,9 min kubmetr məhsul istehsal edilib. Bu, 1 il əvvələ nisbətən 2,1 dəfə çoxdur.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycanda 120 min kubmetr betondan yığma tikinti konstruksiyaları istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 2,5 dəfə çoxdur.