IMG-LOGO

Serbiyanın neft şirkətinin ötənilki zərərinin 2,2 dəfə çox olduğu üzə çıxıb

23 Mar 2026 14:07 4 baxış
IMG

Serbiyanın neft şirkəti - NIS 2025-ci ildə 104,5 milyon avro xalis zərərlə başa vurub. Bundan əvvəl şirkətin illik zərərinin 47,5 milyon avro olduğu açıqlanmışdı.

"Report"un Balkan bürosu bu barədə NİS-in yeni dərc olunmuş maliyyə hesabatına istinadən xəbər verir.

Başqa sözlə, şirkətin ötənilki zərərinin əslində 2,2 dəfə çox olduğu üzə çıxıb.

NIS fevralda üzləşdiyi çətinlikləri Rusiyaya bağlı mülkiyyət strukturu ilə əlaqədar ABŞ-nin Maliyyə Nazirliyinin tətbiq etdiyi sanksiyalarla izah edib. Şirkət bəyan edib ki, onun maliyyə və əməliyyat göstəriciləri mürəkkəb şəraitdən, xüsusilə sanksiyalardan ciddi təsirlənib.

ABŞ sanksiyaları ötən ilin əvvəlində tətbiq edib, lakin onlar qüvvəyə oktyabrda minib.

Hazırda Rusiyaya məxsus əsas payı almaqda maraqlı olan Macarıstanın MOL şirkəti ilə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) arasında danışıqlar davam edir. Bu arada NIS fəaliyyətini davam etdirmək üçün ABŞ-dən müvəqqəti lisenziyalar almağa bir neçə dəfə nail olub. Ötən cümə günü müddəti yenidən uzadılmış hazırkı lisenziya aprelin 17-nə qədər qüvvədədir.

Xəbər lenti