IMG-LOGO

Azərbaycanlı alimə Rusiyada "Əməkdar elm xadimi" adı verildi

23 Mar 2026 15:17 4 baxış
IMG
0 0

Rusiya prezidenti Vladimir Putin azərbaycanlı alim, geologiya-mineralogiya elmləri doktoru Vaqif Kərimovu təltif edib.

Lent.az-ın Rusiya mediasına istinadən xəbərinə görə,  Putinin imzaladığı fərmanla Vaqif Yunus oğlu Kərimov Rusiyanın "Əməkdar elm xadimi" fəxri adına layıq görülüb.

V. Kərimov 1949-cu ildə Bakıda doğulub. Geologiya və mineralogiya elmləri doktoru və professor olan Kərimov geologiya, neft və qaz kəşfiyyatı sahəsində aparıcı alimdir və 50 ildən artıqdır ki, elmi və pedaqoji fəaliyyətlə məşğuldur. Karyerası ərzində SSRİ və Rusiya universitetlərində rəhbər vəzifələrdə çalışıb, o cümlədən İ.M. Qubkina adına Rusiya Dövlət Neft və Qaz Universitetində Neft və qaz kəşfiyyatı və kəşfiyyatının nəzəri əsasları kafedrasının müdiri (2009-2018) vəzifəsini tutub.

2017-ci ildən indiyədək isə Moskvadakı Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetində Karbohidrogen yataqlarının geologiyası və kəşfiyyatı kafedrasının müdiri vəzifəsində çalışır.

 

 

Geologiya mineralogiya alim Vaqif Kərimov Rusiya Putin təltif

Xəbər lenti