IMG-LOGO

BƏƏ-nin HHM sistemləri bu gün 7 ballistik raket və 16 PUA-nı ələ keçirib

23 Mar 2026 15:22 3 baxış
IMG

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hava Hücumundan Müdafiə (HHM) sistemləri bu gün ərzində İran tərəfindən buraxılmış 7 ballistik raket və 16 pilotsuz uçuş aparatını (PUA) ələ keçirib.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti BƏƏ Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Qəzet qeyd edib ki, ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatının başlanmasından bəri BƏƏ İran tərəfindən ən çox hücumlara məruz qalan ölkəyə çevrilib. Gərginliyin artdığı dövrdə ölkəyə 352 ballistik, 15 qanadlı raket və 1789 PUA atılıb.

Xəbər lenti