ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların Müdafiə Nazirliyinə cari görüşlərin və müzakirələrin uğurla başa çatması şərti ilə İranın elektrik stansiyalarına və enerji infrastrukturuna istənilən hərbi zərbələri beş gün təxirə salmağı tapşırıb.
"Report"un məlumatına görə, o bunu "Truth Social"da yazıb.
Tramp ABŞ və İranın son iki gün ərzində "Yaxın Şərqdəki hərbi əməliyyatlarımızın tam və hərtərəfli nizamlanmasına dair çox yaxşı və məhsuldar danışıqlar" apardığını bildirib.
"Bu dərin, ətraflı və konstruktiv danışıqların xarakteri və tonundan çıxış edərək, onlar həftə ərzində davam edəcək, mən Müdafiə Nazirliyinə İranın elektrik stansiyalarına və enerji infrastrukturuna qarşı hər hansı hərbi zərbələri beş gün ərzində təxirə salmağı tapşırdım, bu şərtlə ki, cari görüşlər və müzakirələr uğurla başa çatsın", - Tramp qeyd edib.