IMG-LOGO

Tramp İranın uranın zənginləşdirilməsini dayandırmağa razı olduğunu iddia edib

23 Mar 2026 18:56 3 baxış
IMG

İran ABŞ ilə aralıq danışıqları gedişində hətta dinc məqsədlər üçün belə uranı zənginləşdirməməyə razılaşıb.

"Report" xəbər verir ki, Amerika Prezidenti Donald Tramp Uest Palm-Biç (Florida ştatı) Hava Limanında jurnalistlərlə söhbətində belə bir iddia ilə çıxış edib.

O vurğulayıb ki, Tehran və Vaşinqton 15 bənd üzrə razılığa gəlib.

"Onlar heç vaxt nüvə silahı əldə etməyəcəklər, bu, bir nömrəli bənddir. Onlar buna razılaşıblar", - Tramp deyib.

Daha əvvəl ABŞ Prezidenti İranla yeni danışıqlar raundunun keçiriləcəyini anons etmişdi.

Xəbər lenti