IMG-LOGO

İsrailin maliyyə naziri ölkə ərazisini Livanın hesabına genişləndirməyə çağırıb

23 Mar 2026 20:54 3 baxış
IMG

İsrailin maliyyə naziri Bezalel Smotriç ölkə sərhədlərinin Livanın cənubundakı Litani çayına qədər genişləndirilməsinin zəruriliyi ilə bağlı bəyanatla çıxış edib.

"Report" xəbər verir ki, nazir bu barədə "İsrail radiosu"na müsahibəsində bildirib.

"Mən birmənalı olaraq bəyan edirəm: Litani çayı İsrailin yeni dövlət sərhədi olmalıdır", - Smotriç bildirib.

O əlavə edib ki, Livandakı hərbi əməliyyat həm "Hizbullah"ın yaratdığı təhlükənin aradan qaldırılmasını, həm də İsrailin dövlət sərhədlərinə yenidən baxılmasını ehtiva edən yeni reallığın formalaşmasına gətirib çıxarmalıdır.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Xəbər lenti