IMG-LOGO

Britaniya HDQ-yə aid esmines Kiprdəki bazanı qorumaq üçün Şərqi Aralıq dənizinə gəlib

23 Mar 2026 21:25 3 baxış
IMG

Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin (HDQ) "HMS Dragon" esminesi Kiprdəki "Akrotiri" hərbi bazasının təhlükəsizliyini təmin etmək üçün Şərqi Aralıq dənizinə gəlib.

"Report" xəbər verir ki, bu barədə Birləşmiş Krallığın müdafiə naziri Con Hili parlamentdəki çıxışı zamanı məlumat verib.

"HMS Dragon" bu axşam Kiprin və müttəfiqlərin müdafiə sisteminə əməliyyat inteqrasiyasına başlayacaq", - o bildirib.

Xatırladaq ki, martın 10-da "HMS Dragon" esminesi Portsmutdan yola düşərək Britaniyanın "Akrotiri" aviabazasının təhlükəsizliyini gücləndirmək üçün Şərqi Aralıq dənizinə istiqamət almışdı. Sözügedən baza martın 2-də Livan və ya İraq ərazisindən pilotsuz uçuş aparatı ilə hücuma məruz qalmışdı.

Xəbər lenti