IMG-LOGO

Niderland Maliyyə Nazirliyinin sistemləri kiberhücuma məruz qalıb

24 Mar 2026 02:48 3 baxış
IMG

Niderlandın Maliyyə Nazirliyində qurumun bir sıra əsas proseslərinin fəaliyyətini təmin edən sistemlərə kiberhücum qeydə alınıb.

"Report" yerli "AD" nəşrinə istinadən xəbər verir ki, hücuma məruz qalan sistemlərə giriş məcburi şəkildə məhdudlaşdırılıb.

Qurumun nümayəndəsi konkret olaraq hansı sistemlərin hücuma məruz qaldığını dəqiqləşdirməkdən imtina edib. Bununla yanaşı, o əmin edib ki, hücum nəticəsində maliyyə dövriyyəsi zərər çəkməyib.

"Vergi xidməti, gömrük idarəsi və sosial ödənişlər xidməti tərəfindən vətəndaşlara və müəssisələrə xidmətlərin göstərilməsi adi qaydada davam edir", - o bildirib.

İcazəsiz daxilolma faktını aşkar edən nazirliyin İT xidməti baş verənlərlə bağlı araşdırma başladıb.

Xəbər lenti