IMG-LOGO

Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücuma başlayıb

24 Mar 2026 04:06 3 baxış
IMG

Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə genişmiqyaslı hücuma başlayıb.

"Report" bu barədə Rusiyanın "Telegram" kanallarına istinadən xəbər verir.

Məlumata görə, Rusiya Silahlı Qüvvələri eyni vaxtda altı istiqamətdən pilotsuz uçuş aparatlarının (PUA) buraxılışını həyata keçirib. Bundan əlavə, martın 24-ü gecə saatlarında 20-dən 30-a qədər "X-101" qanadlı raketinin, "İskəndər-M" kompleksinin 30-a qədər ballistik raketinin, 20-yə yaxın "Kalibr" sinifli raketin, həmçinin 16-ya qədər "İskəndər-K" və "İzdeliye-30" qanadlı raketinin buraxılışı proqnozlaşdırılır.

Mövcud məlumata görə, Ukrayna ərazisi istiqamətində 500-dən 600-ə qədər PUA-nın, eləcə də "Kinjal" və "Sirkon" hipersəs raketlərinin yönəldilməsi planlaşdırılır.

Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski mümkün kütləvi hücum təhlükəsi barədə məlumat vermişdi.

Xəbər lenti