IMG-LOGO

Yaponiyada hərbi zavodların milliləşdirilməsi məsələsi nəzərdən keçirilir

24 Mar 2026 08:59 2 baxış
IMG

Yaponiya hökuməti sursat və silah istehsalı müəssisələrinin dövlət mülkiyyətinə keçirilməsi məsələsinin işlənməsinə başlayıb.

"Report"un "Kyodo" agentliyinə istinadən məlumatına görə, qərarın 2026-cı ildə milli təhlükəsizlik sahəsində əsas sənədlərə yenidən baxılması zamanı təsdiqlənməsi planlaşdırılır.

Təşəbbüsün məqsədi hərbi məhsulların istehsal həcmini artırmaq və ölkənin uzunmüddətli hərbi əməliyyatlar aparmaq qabiliyyətini gücləndirməkdir.

Müdafiə müəssisələrinin dövlət nəzarətinə keçirilməsi onların dövlət büdcəsi vəsaitləri hesabına birbaşa maliyyələşdirilməsinə imkan yaradacaq. Bununla yanaşı, nəzərdən keçirilən ssenarilərdən biri istehsalat proseslərinin operativ idarəetməsinin özəl şirkətlərdə saxlanılmasını nəzərdə tutur.

Yaponiyada uzun müddət ərzində silahların xaricə tədarükünə qadağa mövcud olub və hazırda belə ixrac faktiki olaraq həyata keçirilmir. Bu isə hərbi məhsulların məhdud partiyalarla istehsalını məcbur edir ki, nəticədə məhsul vahidi bahalaşır və istehsal az gəlirli olur. Bunun nəticəsində əhəmiyyətli sayda şirkət müdafiə sənayesi sektorunu tərk edir.

Xəbər lenti