IMG-LOGO

Kaya Kallas: Aİ və Avstraliya birgə hərbi təlimlər keçirməyi planlaşdırır

24 Mar 2026 11:06 3 baxış
IMG

Avropa İttifaqı (Aİ) Avstraliya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Avstraliya və Avropa okeanlarla ayrılmış ola bilər, lakin bizim təhlükəsizliyimiz ayrılmaz şəkildə bağlıdır", - o yazıb.

K.Kallasın sözlərinə görə, bu gün Avstraliyanın xarici işlər naziri Penni Vonq, ölkənin Baş nazirinin müavini, müdafiə naziri Riçard Marlzla müdafiə və təhlükəsizlik sahəsində tərəfdaşlıq sazişinin imzalanması Avropa və Avstraliyanın birgə təhlükəsizliyinə strateji investisiyadır.

"Birlikdə birgə təlimlər keçirəcək, məlumat mübadiləsi aparacaq, kiber və hibrid təhdidlərə qarşı dayanıqlığı gücləndirəcək, eləcə də əməkdaşlığı dərinləşdirəcəyik", - o qeyd edib.

Xəbər lenti