Xorvatiya Prezidenti Zoran Milanoviç bildirib ki, Avropa İttifaqı (Aİ) ölkələri veto səlahiyyətlərini itirməməlidirlər, çünki yekdillik prinsipi Aİ-nin təsis aktlarında təsbit olunub.
"Report"un məlumatına görə, o, bu açıqlamanı Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə görüşdən sonra verib.
"Yekdillik Avropa İttifaqının təsis aktlarında təsbit olunub. Konsensus olmadan əsas qaydalarda heç bir dəyişiklik olmayacaq", - Z.Milanoviç vurğulayıb.
Onun sözlərinə görə, veto səlahiyyətlərinin ləğvi ilə bağlı təkliflər yanlış təsəvvürə əsaslanır.
O, həmçinin yeni Aİ üzvlərinə, o cümlədən Şimali Makedoniyaya münasibətdə veto hüququndan məhrum statusun verilməsi ideyasını ədalətsiz adlandırıb.