IMG-LOGO

İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın komanda mərkəzlərini dağıdıb

25 Mar 2026 09:30 5 baxış
IMG

İsrail Müdafiə Ordusu Livanın cənubunda radikal "Hizbullah" qruplaşmasının komanda mərkəzlərini dağıdıb.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, əməliyyat zamanı İsrail ordusunun bölmələri qruplaşmanın silah anbarını da məhv ediblər.

"İsrail Müdafiə Ordusu qoşunları ön xəttə müdafiə mövqelərini möhkəmləndirmək və şimal sərhədindəki yaşayış məntəqələrini qorumaq məqsədilə Livanın cənubunda quru əməliyyatını davam etdirir", - məlumatda bildirilib.

Xəbər lenti