Zərdabda yol qəzasında ölən ve xəsarət alanların adları açıqlanıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə nəticəsində 2 nəfər - Nəsibov Rasim Yaqub oğlu və Nəsibova Paket Kamran qızı ölüb, 4 nəfər - Vidadi Nəsibov, Vəkil Abışov, Ramilə Baxışova və Umud Mütəllimov xəsarət alıb.
*** 10:10
Zərdabda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə Əlvəd kəndi ərazisində qeydə alınıb.
“Hyundai Santa Fe” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb. İlkin məlumata görə, 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Fakt araşdırılır.
Hadisələr Zərdabda yol qəzası Hyundai Santa Fe

