IMG-LOGO

İraq Müdafiə Nazirliyi: Ənbardakı hospitala aviazərbə nəticəsində 7 hərbçi ölüb, 13-ü yaralanıb

25 Mar 2026 13:29 4 baxış
IMG

İraq Müdafiə Nazirliyi Ənbar vilayətində (ölkənin qərbi) hərbi hospitala aviazərbə endirilməsi nəticəsində 7 hərbçinin öldüyünü bildirib.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" İraq Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, zərbə nəticəsində həmçinin 13 hərbçi yaralanıb.

Nazirlik zərbə barədə əlavə təfərrüatlar təqdim etməyib.

Həmçinin aviazərbənin kim tərəfindən endirildiyi qeyd edilmir.

Xəbər lenti