IMG-LOGO

Peskov: Ankara qaz kəmərlərinə zərbə endirməməsi üçün Kiyevə təsir göstərə bilər

25 Mar 2026 14:27 5 baxış
IMG

Rusiya ümid edir ki, Türkiyə Qara dənizdəki "Türk axını" və "Mavi axın" qaz kəmərlərinin infrastrukturuna hücum cəhdləri fonunda Ukraynaya təsir göstərəcək.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz "Türk axını" və "Mavi axın" qaz kəmərlərinin infrastrukturuna qarşı artan təhlükə ilə bağlı narahatlıqlarımızı mütəmadi olaraq türkiyəli həmkarlarımıza çatdırırıq", - o, brifinqdə deyib.

Peskovun sözlərinə görə, Türkiyə Ukraynanı bu cür hərəkətlərdən çəkindirmək üçün Kiyevə təsir göstərə bilər.

Xəbər lenti