IMG-LOGO

Qalibaf: İran ABŞ qoşunlarının dislokasiya yerlərini diqqətlə izləyir

25 Mar 2026 14:25 3 baxış
IMG

İran Yaxın Şərq regionunda ABŞ qoşunlarının yerdəyişməsini diqqətlə izləyir.

"Report" xəbər verir ki, bu barədə İranın parlament sədri Məhəmməd Baqer Qalibaf "X" sosial şəbəkəsində bildirib.

"Biz ABŞ-nin regiondakı bütün yerdəyişmələrini, xüsusilə də qoşunların dislokasiya yerlərini diqqətlə izləyirik. Torpağımızı qorumaq əzmimizi sınağa çəkməyin", - o yazıb.

Xəbər lenti