IMG-LOGO

ABŞ-nin müvəqqəti işlər vəkili hərbi hospitalın vurulmasına görə İraq XİN-ə çağırılacaq

25 Mar 2026 15:49 4 baxış
IMG

İraqın Baş naziri Məhəmməd Şiə əs-Sudani Xarici İşlər Nazirliyinə (XİN) İraq hərbi bölmələrinə endirilən zərbə ilə əlaqədar ABŞ-nin Bağdaddakı müvəqqəti işlər vəkilini çağırmağı tapşırıb.

"Report" "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə İraqın Baş nazirinin ofisi məlumat yayıb.

İraqın Müdafiə Nazirliyi və təhlükəsizlik xidmətlərindəki mənbələrdən bildirilib ki, bu gün daha əvvəl endirilmiş zərbə nəticəsində 7 hərbçi ölüb və 13 nəfər yaralanıb.

Zərbə rəsmi olaraq İraq silahlı qüvvələrinin bir hissəsi olan iranyönümlü silahlı dəstə koalisiyası - "Xalq Səfərbərlik Qüvvələri"nə məxsus obyektə endirilib. ABŞ öz növbəsində koalisiyanı terror təşkilatları siyahısına daxil edib.

Daha əvvəl KİV İraq Müdafiə Nazirliyinə istinadən Ənbar əyalətində (ölkənin qərbi) hərbi hospitala aviazərbə endirilməsi barədə məlumat yayıb, bunun nəticəsində 7 hərbçi ölüb.

Xəbər lenti