IMG-LOGO

Konor Makqreqor dörd illik fasilədən sonra oktaqona qayıtdığını açıqlayıb

25 Mar 2026 16:15 4 baxış
IMG

UFC-nin iki çəkidə keçmiş çempionu Konor Makqreqor promouşenə qayıtdığını açıqlayıb.

"Report"un məlumatına görə, 37 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

İrlandiyalı döyüşçü bu işin onun üçün asan və şərəf olduğunu, döyüş biznesini oyun kimi gördüyünü qeyd edib. K.Makqreqor tezliklə yenidən oktaqona çıxacağı üçün həyəcanlı və hər zaman hazır olduğunu vurğulayıb.

İrlandiyalı döyüşçünün iyulun 11-də Las-Veqasda keçiriləcək UFC turnirində iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, Makqreqor sonuncu dəfə 2021-ci il iyulun 10-da amerikalı Dastin Porye ilə döyüşdə texniki nokautla məğlub olub. Karyerası ərzində UFC-də ümumilikdə 28 döyüş keçirən idmançı bunların 22-də qələbə qazanıb, 6-da isə məğlubiyyətlə üzləşib.

Xəbər lenti