ABŞ ötən həftə Floridada keçirilmiş ABŞ-Ukrayna danışıqları barədə Rusiyaya məlumat verib.
"Report" xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib.
"Onlar (ABŞ və Ukrayna - red.) ötən şənbə günü Floridada danışıqlar aparıblar. Bizi yekunlar barədə ətraflı məlumatlandırıblar və indi vəziyyətimizi bilirik", - o qeyd edib.
Y.Uşakov digər təfərrüatları açıqlamayıb.