IMG-LOGO

ABŞ Donbas müqabilində Kiyevə təhlükəsizlik zəmanəti təklif edib

26 Mar 2026 01:22 4 baxış
IMG

ABŞ Rusiya ilə sülh müqaviləsinin bir hissəsi olaraq Ukraynaya təhlükəsizlik zəmanəti təklif etdi, bu şərtlə ki, Kiyev Donbası Moskvaya güzəştə getsin.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Reuters" agentliyinə müsahibəsində bildirib.

"Ukrayna Donbasdan çıxmağa hazır olan kimi amerikalılar bu zəmanətlər üzrə işləri yüksək səviyyədə başa çatdırmağa hazırdırlar", - deyə o bildirib.

Onun sözlərinə görə, Yaxın Şərqdəki vəziyyət Kiyevə təzyiq göstərməklə dörd illik Rusiya-Ukrayna müharibəsinə tez bir zamanda son qoymağa çalışan ABŞ prezidenti Donald Trampın qərarlarına təsir göstərir:

"Düşünürəm ki, bu, onun gələcək addımlarına da təsir edəcək. Təəssüf ki, mənim fikrimcə, Prezident Tramp Ukrayna tərəfinə təzyiqi artırmaq strategiyasını seçməyə davam edir".

Zelenski xəbərdarlıq edib ki, qoşunların Donbasın şərqindən çıxarılması həm Ukraynanın, həm də Avropanın gələcək təhlükəsizliyini təhdid edəcək, çünki bu, regiondakı güclü müdafiə mövqelərinin Rusiyaya təhvil verilməsi demək olacaq.

Xəbər lenti