Şəki rayonunda cücə sexində baş verən yanğın nəticəsində xeyli sayda ev quşu tələf olub.
Lent.az xəbər verir ki, hadisə rayonun Cəfərabad kəndində, kənd sakini Ələsgər Tanrıveriyevə məxsus həyətyanı sahədə yerləşən, ümumi sahəsi 660 kvadratmetr olan cücə sexində qeydə alınıb.
Yanğın nəticəsində sexin 460 kvadratmetrlik hissəsinin yanar konstruksiyaları və içərisindəki plastik yem qabları yanıb.
Bildirilib ki, sexdə olan və sayı dəqiqləşdirilməyən iki aylıq ev quşları yanaraq tələf olub.
Sexin qalan hissəsi və quşların bir qismi xilas edilib. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
şəki cücə yanğın cücə sexi