IMG-LOGO

Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi üzrə BMT-nin İşçi Qrupu yaradılıb

28 Mar 2026 00:57 4 baxış
IMG

BMT-nin baş katibi Antonio Quterreş Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün İşçi Qrup yaradıb.

"Report"un məlumatına görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik bildirib.

Qrupa BMT-nin Layihələrin Xidmətləri İdarəsinin direktoru Jorje Moreyra da Silva rəhbərlik edəcək.

"Qrupun əsas diqqəti Hörmüz boğazında humanitar ehtiyacları ödəmək üçün texniki mexanizmlərin hazırlanmasıdır", - Dujarrik qeyd edib.

Onun sözlərinə görə, qrupun işi boğazdan gübrə və xammalın daşınmasını təmin etməyə yönəlib.

Qeyd olunur ki, bu təşəbbüsün həyata keçirilməsində Qara Dəniz Taxıl Təşəbbüsü də daxil olmaqla, BMT-nin əvvəlki layihələrinin təcrübəsi nəzərə alınacaq.

Mexanizmin işi üzv dövlətlərlə sıx əlaqələndirmə şəraitində və beynəlxalq hüquqa və dövlət suverenliyinə uyğun olaraq həyata keçiriləcək.

Xəbər lenti