IMG-LOGO

Tramp: ABŞ-nin növbəti hədəfi Kuba olacaq

28 Mar 2026 03:11 4 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Kuba Vaşinqtonun növbəti hədəfi ola bilər.

"Report"un məlumatına görə, o, bu barədə Mayamidə keçirilən investisiya forumunda bildirib.

"Mən böyük bir ordu qurmuşam. Demişdim ki, onlardan istifadə etmək lazım deyil, amma bəzən istifadə etmək lazımdır. Yeri gəlmişkən, növbəti Kubadır", - o qeyd edib.

Bununla belə, Amerika lideri ABŞ-nin Kuba ilə bağlı mümkün gələcək hərəkətlərinin təfərrüatlarını açıqlamayıb.

Xəbər lenti