IMG-LOGO

Əbu-Dabiyə raket hücumu nəticəsində beş nəfər yaralanıb

28 Mar 2026 09:27 4 baxış
IMG

İranın Əbu-Dabidəki sənaye zonasına raket hücumu nəticəsində beş nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı Əbu-Dabi hökumətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

"Ələ keçirilmiş ballistik raketlərin qalıqlarının düşməsi nəticəsində beş Hindistan vətəndaşı orta və yüngül dərəcəli xəsarətlər alıb", - məlumatda qeyd edilib.

Xəbər lenti