IMG-LOGO

Göyçay bazarında ÖLÜM

28 Mar 2026 11:14 3 baxış
IMG
4 0

Göyçayda kişi küçədə ölüb.

Lent.az-ın məlumatına görə, hadisə şəhərin Nizami küçəsində yerləşən “Şəhər bazarı” adlanan ərazidə qeydə alınıb.

Həmin küçədə yaşayan Eyvazov Ramin Şakir oğlu “Şəhər bazarı” adlanan əraziyə gedib və qəflətən halı pisləşərək yerə yıxılıb. Hadisə yerinə gələnhəkimlər onun öldüyünü müəyyən ediblər.

Yaxınlarının sözlərinə görə, mərhum uzun müddətdir ki, hipertonik təyziq xəstəliyindən əziyyət çəkib.

Hadisələr Göyçay bazarı təzyiqdən ölmək təzyiq xəstəliyi

Xəbər lenti