İsrailin Beyruta (Livan) endirdiyi zərbə nəticəsində "Hizbullah" hərəkatının kommunikasiya bölməsinin iki yüksək vəzifəli nümayəndəsi öldürülüb.
"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (IDF) məlumatında deyilir.
"Livanın paytaxtına endirilən zərbə nəticəsində Əyyub Hüseyn Yaqub və Yasser Məhəmməd Mübarək həlak olub. Onlar "Hizbullah" daxilində rabitənin fasiləsizliyinin təmin edilməsinə cavabdeh olan və qruplaşmanın istifadə etdiyi rabitə sistemlərinin hazırlanması, saxlanması və istifadəsinə nəzarət edən bölmənin yüksək vəzifəli üzvləridir", - məlumatda bildirilib.
IDF-də qeyd ediblər ki, Əyyub Hüseyn Yaqub əvvəllər "Hizbullah"ın raket bölməsində rəhbər vəzifə tutub və İsrailə çoxsaylı hücumların arxasında dayanıb, Yasser Məhəmməd Mübarək isə həm raket, həm də rabitə bölməsində vəzifə tutub.