IMG-LOGO

Naxçıvanda bayram günlərində 12 nəfər qidadan zəhərlənib

28 Mar 2026 14:09 4 baxış
IMG

Bayram günlərində Naxçıvan Muxtar Respublikasında (MR) zəhərlənmə halları qeydə alınıb.

Naxçıvan MR "Yoluxucu Xəstəliklər Mərkəzindən "Report"un yerli bürosuna verilən məlumata görə, qeyd olunan dövrdə, ümumilikdə, 17 nəfər müxtəlif səbəblərdən zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə müraciət edib.

Statistikaya əsasən zəhərlənmə hallarından 12-si qida zəhərlənməsi, 3-ü dərman maddələri ilə zəhərlənmə, 2-si isə alkoqol mənşəli zəhərlənmə olub.

Xəbər lenti