IMG-LOGO

Azərbaycan Niderlanddan qızılgül idxalını 5 dəfədən çox artırıb

03 Apr 2026 15:33 4 baxış
IMG

Bu ilin yanvar ayında Azərbaycana xaricdən 652 min ABŞ dolları dəyərində 480 min ədəd qızılgül gətirilib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 37 %, kəmiyyət olaraq – 26 % azdır.

Hesabat dövründə Azərbaycan Ekvadordan 525 min ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 38 % az) 366 min ədəd (-24 %), Keniyadan 56 min ABŞ dolları dəyərində (+2,6 dəfə) 45 min ədəd (+3 dəfə), Kolumbiyadan 24,4 min ABŞ dolları dəyərində (-75 %) 22 min ədəd (-69 %), Çindən 17,7 min ABŞ dolları dəyərində (+82 %) 4,4 min ədəd (-36 %), Niderlanddan 7,1 min ABŞ dolları dəyərində (+4 dəfə) 6,3 min ədəd (+5,3 dəfə) məhsul alıb.

2025-ci ildə Azərbaycana idxal edilmiş 9,27 milyon ədəd qızılgülün 65 %-i Ekvadorun payına düşüb.

Xəbər lenti