IMG-LOGO

Ali Radanın alt komitəsinin sədri: Ukrayna müharibəni hazırkı döyüş təmas xəttində dondurmağa hazırdır

03 Apr 2026 18:04 3 baxış
IMG

Ukrayna müharibəni hazırkı döyüş təmas xəttində dondurmağa və sülh sazişi bağlamağa hazırdır.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Ali Radasının Müdafiə və milli təhlükəsizlik, kəşfiyyat məsələləri üzrə alt komitəsinin sədri Fedor Venislavski bildirib.

O qeyd edib ki, Rusiya tərəfinə bununla bağlı açıq təklif verilib.

"Hazırda Ukrayna-ABŞ və Ukrayna-Avropa-ABŞ-Rusiya formatında danışıqlar prosesi gedir. Bizim üçün çox vacibdir ki, Rusiyada əsirlikdə olan hərbi əsirlərimiz geri qaytarılsın və öz doğmaları və yaxınları ilə, ailələri ilə görüşə bilsinlər".

O bəyan edib ki, Ukrayna Rusiyaya müharibənin dayandırılması şərtləri ilə bağlı açıq təklif verib:

"Ukrayna müharibəni hazırkı döyüş təmas xəttində dondurmağa və sülh sazişi bağlamağa hazırdır. Açıq təklif verilib. Görünən odur ki, Rusiya buna getməyə hazır deyil. Hər şey Rusiyanın mövqeyi və müttəfiqlərimizin, tərəfdaşlarımızın Rusiyaya müharibənin başa çatmasına razılaşması üçün göstərə biləcəyi təzyiqdən asılıdır".

Xəbər lenti