IMG-LOGO

Premyer Liqada ayın futbolçusu mükafatı Brunu Fernandeşə verilib

03 Apr 2026 17:17 4 baxış
IMG

"Mançester Yunayted"in yarımmüdafiəçisi Brunu Fernandeş İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu olub.

"Report" xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı futbolçu martda çempionatda 4 oyunda iştirak edib. O, bu qarşılaşmalarda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Mükafat uğrunda mübarizədə B.Fernandeş Ceyms Qarner ("Everton"), Denni Uelbek ("Brayton"), Morqan Gibbs-Uayt ("Nottingem Forest"), Entoni Qordon ("Nyukasl"), Aleks İvobi ("Fulhem") və David Rayanı ("Arsenal") qabaqlayıb.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi cari mövsümdə çempionatda 28 matça çıxıb, 8 qol vurub və 16 məhsuldar ötürmə verib. "Mançester Yunayted" 31 turdan sonra 55 xalla turnir cədvəlində üçüncüdür.

Xəbər lenti