IMG-LOGO

Hərbi Prokurorluğun qarşısında maşın yandı - VİDEO

05 Apr 2026 21:58 3 baxış
IMG
1 0

Respublika Hərbi Prokurorluğunun qarşısında avtomobil yanıb. 

Lent.az sosial şəbəkələrə istinadən xəbər verir ki, prokurorluğun inzibati binasının qarşısında “Dodge” markalı avtomobil qəfil alışaraq yanıb. 

Hadisənin başvermə səbəbi hələlik məlum deyil. 

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və yanğın söndürülüb. 

Hadisə zamanı xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Hadisə yerindən görüntüləri təqdim edirik:

maşın yanğın

Xəbər lenti