Bu gün axşam saatlarında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında kollektor üzərində tikilmiş və Keşlə qəsəbəsində yağış sularının kənarlaşdırılmasında problem yaratmış ikimərtəbəli evin söküldüyü yerə baxış keçiriblər.
Lent.az-ın APA-ya istinadən xəbərinə görə, ərazidə aidiyyatı qurumlara tapşırıqlar verilib, problemin həlli istiqamətində konkret tədbirlər müəyyənləşdirilib.
***
20:45
Uzun illər əvvəl Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında kollektor üzərində tikilmiş ikimərtəbəli evin sökülməsi qərara alınıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, aidiyyəti qurumlar tərəfindən artıq söküntü işlərinə başlanılıb.
Mütəxəssislərin rəyinə görə, gələcəkdə oxşar halların digər ərazilərdə təkrarlanmaması üçün qanunsuz inşa edilmiş evin təcili sökülməsi və xəttin bərpası zəruri hesab olunur.
Qeyd edək ki, həmin evin bünövrəsinin çökməsi nəticəsində kollektorun bir hissəsi tutulub və kollektorda yağış sularının kənarlaşdırılması problemi yaranıb.
https://t.me/apa_az/117237Keşlə ev Xətai