IMG-LOGO

"Ayntraxt" Mahmud Dahudla müqavilənin müddətini uzatmayacaq

07 Apr 2026 18:11 5 baxış
IMG

Almaniyanın "Ayntraxt" komandası yarımmüdafiəçi Mahmud Dahud ilə yollarını ayıracaq.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı futbolçunun müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatır və tərəflər anlaşmanı yeniləməyəcək.

Qeyd edək ki, Mahmud Dahud 2024-cü ilin yayında İngiltərənin "Brayton" klubundan Frankfurt təmsilçisinə transfer olunub. O, bu mövsüm bütün turnirlərdə 17 oyunda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti