Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Bəhruz Müslümovun sədrliyi ilə Cinayət Məcəlləsinin 149.2.5-ci maddəsi ilə təqsirləndirilən B.A-a hökm oxunub. Lent.az xəbər verir ki, məhkəmə tərkibi təqsirləndirilən şəxsin 7 il müddətə azadlıqdan məhrum edilməsini elan edib. Xatırladaq ki, hadisə 2024-cü ilin sentyabr ayınadək Ağstafa rayonu, Ceyrançöl ot-qışlaq sahəsində yerləşən fermaların birində qeydə alınıb.
Belə ki, çobanlıqla məşğul olan B.A həmin fermada yaşayan, 1991-ci il təvəllüdlü, məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən əqli geriliklə əlaqədar öz hərəkətlərinin mənasını və ona qarşı törədilənləri anlamaq və onları şüurlu idarə etmək, həmçinin psixi vəziyyəti ilə əlaqədar olaraq baş verənlərlə bağlı ifadə verə bilmək iqtidarında olmayan Ə.S-ə qarşı dəfələrlə əxlaqsız hərəkətlər edib.
Hadisələr