IMG-LOGO

Mitsotakis: Yunanıstan 15 yaşınadək uşaqlar üçün sosial şəbəkələrə girişi qadağan edəcək

08 Apr 2026 12:58 5 baxış
IMG

Yunanıstanda 15 yaşınadək uşaqlar üçün sosial şəbəkələrə giriş qadağan ediləcək və bu qadağa 2027-ci ildən yanvar 1-dən qüvvəyə minəcək.

"Report" "Ekathimerini" portalına istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis bildirib.

"İndi əminəm ki, bir çoxunuz, xüsusən də uşaqlar mənə qəzəblənəcək; sizin yaşınızda olsaydım, bəlkə də, mən də eyni şeyi hiss edərdim", – o qeyd edib.

K.Mitsotakis qeyd edib ki, Yunanıstan Avropa İttifaqını bu cür tədbirləri təsdiqləməyə sövq edəcək.

Xəbər lenti