Xəzər dənizində güclü zəlzələ olub.
Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında qeydə olunub.
Məlumata görə, 5.3 bal gücündə olan zəlzələ Lənkəran rayonundan 66 km aralıda dənizdə baş verib.
Respublika Seysmoloji Mərkəzdən isə Lent.az-a bildirilib ki, zəlzələ Lənkəran,Yardımlı, Lerik, Astara,Cəlilabad, Neftçala 4-3 bal hiss olunub. Yerli vaxtla 13:05-də qeydə alınan yeraltı təkanların dərinliyi 70 km olub.
Hadisələr