IMG-LOGO

Xəzərdə 5.6 ballıq ZƏLZƏLƏ - YENİLƏNİB

08 Apr 2026 14:24 4 baxış
IMG
1 0

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün yerli vaxtla saat 13:05-də Lənkəran şəhərindən 50 km şərqdə, Xəzər dənizi ərazisində 70 km dərinlikdə 5.3 maqnituda zəlzələ qeydə alınıb.

Lent.az xəbər verir ki, bu barədə FHN mətbuat xidmətinin məlumatında bildirilib. Qeyd edilib ki, zəlzələ ölkənin cənub rayonlarında 4-3 bal hiss olunub.

"Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - məlumatda vurğulanıb.

***

saat 13:48

Xəzərdə daha bir zəlzələ olub.

Bu barədə Lent.az-a AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

Zəlzələ yerli vaxtla 13:10-da qeydə alınıb.

3.2 maqnitudalı yeraltı təkan 20 km dərinlikdə qeydə alınıb.

***

13:16

Xəzər dənizində güclü zəlzələ olub.

Lent.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında qeydə olunub.

Məlumata görə, 5.6 bal gücündə olan zəlzələ Lənkərandan 73, Neftçaladan isə 63 km aralıda dənizdə baş verib.

Respublika Seysmoloji Mərkəzdən isə Lent.az-a bildirilib ki, zəlzələ Lənkəran,Yardımlı, Lerik, Astara,Cəlilabad, Neftçala 4-3 bal hiss olunub. Yerli vaxtla 13:05-də qeydə alınan yeraltı təkanların dərinliyi 70 km olub.

Hadisələr

Xəbər lenti