Suriya hava məkanını açıb və Dəməşq hava limanının fəaliyyətini bərpa edib.
"Report" xəbər verir ki, bu barədə SANA agentliyi ölkənin Mülki Aviasiya İdarəsinə istinadən məlumat yayıb.
"Suriya yenidən bütün hava dəhlizlərini açıb və hava əlaqəsini bərpa edib; Dəməşq beynəlxalq hava limanının fəaliyyəti bərpa olunub, o cümlədən müntəzəm reyslərin qəbulu və yola salınması normal rejimdə həyata keçirilir", - məlumatda bildirilib.