Sabah Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan idmançıları – taekvondoçu Qaşım Maqomedov və yunan-Roma güləşçisi Həsrət Cəfərov üçün medal təqdimatı mərasimi keçiriləcək.
"Report"un məlumatına görə, idmançıların Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları medallar sonradan aşınmaya məruz qaldığı üçün yenisi ilə əvəz edilib.
Qaşım Maqomedovun gümüş, Həsrət Cəfərovun isə bürünc medalı artıq yenilənib. Mərasimdə hər iki idmançıya yenisi ilə əvəz olunan medallar rəsmi şəkildə təqdim olunacaq.
Qeyd edək ki, tədbir sabah, saat 12:00-da MOK-un inzibati binasında baş tutacaq.