İngiltərə Premyer Liqası (EPL) 2026/27 Çempionlar Liqasında rəsmi olaraq əlavə beşinci yeri təmin edib.
Lent.az-ın xəbərinə görə, Bu, "Arsenal"ın Çempionlar Liqasının dörddəbir finalının ilk oyununda "Sportinq" üzərində səfərdə 1-0 hesablı qələbəsindən sonra baş verib. Bu nəticə İngiltərənin UEFA əmsalını 25.013-ə çatdıraraq ilk iki yerdə qərarlaşmasına səbəb olub.
Çempionlar Liqasının final mərhələsinin 36 komandaya qədər genişləndirilməsi ilə mövsümün sonunda UEFA əmsalına görə ən yüksək xala malik ölkələrə iki əlavə yer veriləcək. İkinci yer uğrunda İspaniya (20.281) və Almaniya (19.714) mübarizə aparacaq.
Qeyd etmək lazımdır ki, İngiltərə Çempionlar Liqasında əlavə daha iki yer qazana bilər. Altıncı yer üçün ya “Aston Villa”, ya da “Nottinqem Forest” komandalarından birinin Avropa Liqasının qalibi olması vacibdir. Eyni zamanda birinci halda “Birminqem” klubunun Premyer Liqanın ilk beşliyindən kənarda qalması tələb olunur. Yeddinci yer üçün “Liverpul”un Çempionlar Liqasını qazanması, mersisaydlıların isə Premyer Liqanın ilk beşliyindən kənarda qalması tələb olunur.
Premyer Liqanın 31-ci turundan sonra Çempionlar Liqasında yer alacaq komandalar “Arsenal” (70), “Mançester Siti” (61), “Mançester Yunayted” (55), “Aston Villa” (54) və “Liverpul”dur (49). “Çelsi” altıncı (48), “Brentford” isə yeddinci (46) yerdədir.
İdman xəbərləri