IMG-LOGO

Zaqatalada "Azərişıq" əməkdaşı dirəkdən yıxıldı

08 Apr 2026 14:43 2 baxış
IMG
4 0

Zaqatalada "Azərişıq" QSC-nin əməkdaşı təmir işləri aparan zaman dirəkdən yıxılıb.

Lent.az xəbər verir ki, hadisə Qəbizdərə kəndində baş verib.

37 yaşlı Elmir Yadigar oğlu Bayramov elektrik dirəyində təmir işləri aparan zaman ehtiyatsızlıqdan yıxılıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan E.Bayramov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə korpusuna yerləşdirlib. Onun vəziyyəti orta-ağır qiymətləndirlir.

Faktla bağlı araşdırma aparılır.

Hadisələr "Azərişıq" Zaqatala rayonu

Xəbər lenti